Cəmiyyət
Təhlükə var, xəbərdaredici nişan isə quraşdırılmayıb - Video
Binəqədi rayonu ərazisində yolun çökməsi nəticəsində yaranan çuxur sürücülərin narazılığına səbəb olub.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.
Şikayətçi bildirib ki, hadisə S.S.Axundov küçəsində qeydə alınıb. Belə ki, lyukun ətrafında asfalt örtüyü çöküb və nəqliyyat vasitələri üçün ciddi təhlükə, qəza şəraiti yaranıb. Buna baxmayaraq, ərazidə heç bir xəbərdaredici nişan quraşdırılmayıb.
Mənbə
axar.az