Ukraynada müharibə dönüş nöqtəsinə yaxınlaşır? - Sırski
Ukrayna komandanlığı müharibəni Rusiyanın hərbi potensialının zirvə nöqtəsini zəifləməyə başlayacağı mərhələyə qədər davam etdirməyə çalışır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.
“Mən birbaşa deyə bilmərəm ki, müharibə dönüş nöqtəsinə yaxınlaşır. Ümid edirik ki, elə bir an gələcək ki, düşmən bütün qüvvələrini, resurslarını və imkanlarını səfərbər edəcək. Bundan sonra isə tükənmə başlayacaq və bəlkə də müharibədə dönüş nöqtəsi yaranacaq", – deyə baş komandan bildirib.
Müharibənin hazırkı mərhələsində Ukrayna ordusunun əsas vəzifələri kimi Sırski bunları sadalayıb:
- Əraziləri qoruyub saxlamaq;
- Rusiyanın səfərbər edə bildiyindən daha çox rus hərbçisini sıradan çıxarmaq;
- PUA zərbələri ilə Rusiyanın logistikasını iflic etmək;
- Uzaqmənzilli zərbələrlə Rusiyanın neft-qaz və hərbi-sənaye kompleksinə ziyan vuraraq iqtisadiyyatını zəiflətmək.
Baş komandanın sözlərinə görə, Ukraynanın müharibədə mövcud üstünlüyü uzunmüddətli olmaya bilər:
"Hər hansı gözlənilməz texnoloji və ya innovativ irəliləyiş müharibənin gedişatını kökündən dəyişə bilər".