Cəmiyyət

İtmiş əşyanı tapıb sahibinə qaytaranda bəxşiş tələb edə bilərsiniz - Qanun nə deyir? - VİDEO

27 Jun 2026, 05:00 2 baxış
İtmiş əşyanı tapıb sahibinə qaytaranda bəxşiş tələb edə bilərsiniz - Qanun nə deyir? - VİDEO
İtmiş əşyanı sahibinə qaytarmaq ən ali və müsbət hesab olunacaq insani əməllərdəndir. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu itmiş əşyanı sahibinə qaytaran zaman ondan bəxşiş tələb etmə ilə bağlıdır. Sözügedən məsələ Mülki Məcəllə ilə tənzimlənir.

Sənədin 183.3-cü maddəsində qeyd olunur ki, səlahiyyətli şəxs, yəni əşyanın sahibi tapılmış malı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın dəyərinin beş faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan şəxs səlahiyyətli şəxsdən həmin əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də tələb edə bilər. Əşyanı tapan şəxs tapıntı barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd göstərmişsə, bəxşiş almaq hüququ olmur.
Mənbə oxu.az

Oxşar Xəbərlər