Cəmiyyət
"Oğlum orada olmasaydı, çox adam həlak olardı" - Şuşalı ananın təsirli etirafı - VİDEO
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Şuşa sakini Təranə Tağıyeva olub. O, uşaqlıq illərindən, Şuşa həsrətindən, ailə dəyərlərindən, eləcə də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı qəhrəmanlıq göstərən oğlu Vasif Tağıyevdən danışıb. Təranə Tağıyeva bildirib ki, Şuşada qızların tərbiyəsinə, ailə dəyərlərinə və milli adət-ənənələrə xüsusi önəm verilirdi. Onun sözlərinə görə, elçilər ailələrinin qapısını iki-üç dəfə döyüblər və yalnız bundan sonra razılıq alıblar. "İki-üç dəfə qapımıza gəldilər ki, məni istəsinlər. Atam hər dəfə deyirdi ki, hələ uşaqdır. Amma israr etdilər, sonda razılıq verdi", - deyə o bildirib.
Şuşanın işğalı dövrünü xatırlayan Təranə Tağıyeva həmin günlərin həyatlarının ən ağır mərhələsi olduğunu deyib. "Təzə evlənmişdik. Evimiz də, cehizimiz də, hər şeyimiz təzə idi. Amma vəziyyət ağırlaşdığı üçün uşağı götürüb evdən çıxmalı olduq. Bombalardan qorxduğumuz üçün günlərlə zirzəmidə qalırdıq. Sonra Şuşanı tərk etdik, bütün var-dövlətimiz orada qaldı", - deyə o qeyd edib. Verilişdə Tehrandakı Azərbaycan səfirliyinə terror hücumu zamanı silahlı hücumçunu əliyalın zərərsizləşdirən Vasif Tağıyevdən də bəhs olunub. Təranə Tağıyeva həmin gün yaşadığı hissləri belə xatırlayıb: "Hadisə günü oğlumla səhər danışmışdım. Sonra terror xəbəri yayıldı. Dəfələrlə zəng etdim, amma cavab vermədi. Nəhayət, görüntülü danışdıq. Yaralı idi. Mənə dedi ki, narahat olma, yaxşıyam. Düşünürəm ki, oğlum orada olmasaydı, çox adam həlak olardı".

Mənbə
oxu.az