Digər

Belarus və Rusiya üçün bu sanksiyalar ləğv edildi

27 Jun 2026, 01:30 2 baxış
Belarus və Rusiya üçün bu sanksiyalar ləğv edildi

Beynəlxalq Ağır Atletika Federasiyası (İVF) 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxilənin başlamasından sonra Rusiya və Belarusa qarşı tətbiq edilən sanksiyaları ləğv edib.


Axar.az xəbər verir ki, İVF qərarın bütün yaş kateqoriyalarına şamil edildiyini bildirib.


Məlumata görə, 2026-cı ildə Batumidə keçiriləcək Avropa Çempionatında ruslar yenə də neytral mövqedə yarışsalar da, Çində keçiriləcək 2026-cı il Dünya Çempionatında (27 oktyabr - 8 noyabr) tam hüquqlu yarışa biləcəklər.


Qeyd edək ki, daha öncə, 2026-cı ilin əvvəllərində federasiya məhdudiyyətləri qismən yumşaltmış, Rusiya və Belarus idmançılarına gənclər və yeniyetmələr arasında yarışlarda iştirak etməyə icazə vermişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər