Digər

Paşinyan İranın vitse-prezidenti ilə görüşdü

27 Jun 2026, 00:14 3 baxış
Paşinyan İranın vitse-prezidenti ilə görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi başda olmaqla, nümayəndə heyətini qəbul edib.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.


Nikol Paşinyan regionda sülhün və sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, bunun bütün regionda münasibətlərin və əməkdaşlığın ardıcıl inkişafına töhfə verəcəyinə inanır.


Seyid Həmid Purməhəmmədi İran Prezidenti Məsud Pezeşkianın salamını Baş nazir Paşinyana çatdırıb.


Bundan əlavə, Ermənistan–İran sərhəd infrastrukturunun inkişafına yönəlmiş layihələrin icrasını müzakirə ediblər. Tərəflər enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin də vacibliyini vurğulayıblar.


Regional nəqliyyat-kommunikasiya xətlərinin blokadadan çıxarılması prosesi və bunun yaratdığı yeni imkanlar ətrafında da fikir mübadiləsi aparılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər