Digər

Bu ölkə Fransa ilə diplomatik münasibətləri kəsdi

27 Jun 2026, 00:23 3 baxış
Bu ölkə Fransa ilə diplomatik münasibətləri kəsdi

Burkina-Faso Fransa ilə diplomatik münasibətləri kəsib.


Axar.az xəbər verir ki, bu barədə Burkina-Faso hökuməti məlumat yayıb.


"Burkina Faso hökuməti hər kəsə 26 iyun 2026-cı il tarixindən etibarən Fransa Respublikası ilə diplomatik münasibətləri kəsmək qərarına gəldiyini bildirir. Bu addım Burkina-Faso və Fransa arasında ikitərəfli münasibətlərin vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra atılıb. Hökumət hesab edir ki, qarşılıqlı hörmət, qarşılıqlı etimad, daxili işlərə qarışmamaq və milli suverenliyə hörmət əsasında münasibətlərin inkişafı üçün zəruri şərtlər artıq mövcud deyil", - deyə bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər