Cəmiyyət

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

26 Jun 2026, 23:01 3 baxış
Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun və Türkiyə Silahlı Qüvvələrinin Armoni orkestrləri Bakı şəhərinin Fəvvarələr meydanında konsert proqramı ilə çıxış ediblər.


Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Tədbir əvvəlcə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də hər iki qardaş ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Sonra hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib.


Bayram konsertində təqdim olunan hərbi-vətənpərvərlik mahnıları, müxtəlif marşlar, tanınmış Azərbaycan, türk və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi parçaları sakinlər və şəhərin qonaqları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər