Digər

Dilarə Səlim işdən çıxarılıb?

26 Jun 2026, 22:25 3 baxış
Dilarə Səlim işdən çıxarılıb?

Mənim "Mədəniyyət" kanalından ayrılmağım yalandır.


Kult.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Televiziyasının direktoru Dilarə Səlim məlumat verib.


“Bu barədə heç bir qərar verilməyib. Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyətə çıxmışam və bu səbəbdən kanalla bağlı səlahiyyətləri başqa əməkdaşa tapşırmışam. Bunu kanaldan getmək kimi təqdim etmək sadəcə qeyri etikdir”, - o bildirib.


Qeyd edək ki, Dilarə Səlimin müvafiq əmrlə direktorluqdan kənarlaşdırılması ilə bağlı xəbərlər yayılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər