Cəmiyyət

Ağdamda ağır qəza: yaralılar var

26 Jun 2026, 21:27 1 baxış
Ağdamda ağır qəza: yaralılar var

Ağdam rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.


Belə ki, iki VAZ markalı avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Nahid Vahid oğlu Məmmədov, 1986-cı il təvəllüdlü Anar Qüdrət oğlu Yusifov, 1986-cı il təvəllüdlü Coşqun Allahverdi oğlu Abbasov və 1957-ci il təvəllüdlü Mehman Ərşad oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılara tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər