Digər
Putinin qızının ofisinin yanına S-400 yerləşdirildi
Rusiya Prezidenti Vladimir Putinin qızı Katerina Tixonovanın rəhbəri olduğu "İnnopraktika" şirkətinin Moskva ofisinin yaxınlığında hava hücumundan müdafiə sistemi quraşdırılıb.
Axar.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu peyk görüntülərinə əsasən məlumat yayıb.
Bildirilib ki, "İnnopraktika"nın ofisi Moskva Dövlət Universitetinin binasından bir neçə yüz metr aralıda yerləşir və S-400 zenit-raket kompleksi və 40V6MR universal mobil qüllə əraziyə hələ mayı ayından yerləşdirilib.
Mənbə
axar.az