Digər

6 ay öncə vəfat edən türkiyəli müğənninin var dövləti – Siyahı

26 Jun 2026, 20:42 3 baxış
6 ay öncə vəfat edən türkiyəli müğənninin var dövləti – Siyahı

Bu ilin yanvar ayında ürəktutmasından dünyasını dəyişən müğənni Fateh Ürəyin geyimləri, zinət əşyaları və xəzləri satılacaq, əldə olunacaq gəlir isə təhsil sahəsinə və sahibsiz heyvanlara yardım məqsədilə bağışlanacaq.


Axar.az xəbər verir ki, bu barədə sənətçinin bacısı Səlvi Ürək məlumat verib.


Sənətçinin bacısı bildirib ki, Ürəyin şəxsi əşyalarının bacı-qardaş arasında bölüşdürülməsi xəbəri doğru deyil:


“O, hələ xəstəxanada olarkən əsassız xəbərlər yayılmışdı ki, guya əşyaları, evləri və pulları oğurlanaraq bölüşdürülüb. Amma deyilənlərin heç biri doğru deyil. Prosesi idarə etməsi üçün öz vəkilinə səlahiyyət verdik. Rəsmi prosedurlar başa çatdıqdan sonra qalan əmlak dörd qanuni varis arasında bərabər şəkildə bölüşdürüləcək. Həmçinin, ondan geriyə qalan vergi borcları da öz vəsaiti hesabına ödənilib.


Sənətçidən xatirə qalması üçün bir neçə şəxsi əşyasını götürüb, geri qalanını isə xeyriyyə məqsədilə satacağıq”.


Qeyd edək ki, müğənninin Bodrum vilayətinin Yokuşbaşı məhəlləsində təxminən 170 milyon lirə dəyərində malikanəsi, İstanbulun Ataşəhər rayonunda yerləşən 5 mənzili, 6 ədəd lüks avtomobili, müxtəlif bank hesablarında külli miqdarda vəsaiti, həmçinin qiymətli zinət əşyaları və digər dəyərli malları var.

Mənbə axar.az

Oxşar Xəbərlər