Digər
Tarixçi: "Müasir ordular içində ilk onluqdayıq" - VİDEO
"Azərbaycanın ordu quruculuğunda çox qədim ənənələr var. Eramızdan əvvəl III minillikdən etibarən Azərbaycan ərazisində formalaşmış dövlətlərin əksəriyyətində ordu quruculuğu təcrübəsi mövcud olub. Bu, regionun geostrateji mövqeyi ilə bağlı idi - Azərbaycan daim qonşu güclərin təsiri və təzyiqi altında olduğuna görə təhlükəsizlik və müdafiə anlayışı hər zaman ön planda dayanıb". Bunu Baku TV-yə açıqlamasında tarixçi Bəxtiyar Məhərrəmov deyib.
Onun sözlərinə görə, ordu quruculuğunun uğurlu nümunələrindən biri Səfəvilər dövründə I Şah Abbas tərəfindən həyata keçirilən islahatlardır: "O, daimi ordu sistemi formalaşdırdı, ordunu strukturlaşdırdı və xalq ordusu prinsipini gücləndirdi. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu da eyni məntiqə əsaslanırdı. Gəncə dövründə ordu sistemi üzrə doqquz qanun qəbul edildi və könüllü xalq dəstələri əsasında struktur quruldu. Qısa müddətdə dörd süvari diviziyası, üç piyada diviziyası, bir aviasiya briqadası (yeddi təyyarə ilə) və bir motoatıcı diviziya formalaşdırıldı. Təxminən 40 minlik ordu dövrün tələblərinə cavab verən sistem idi və müəyyən uğurlar da əldə etdi". Tarixçi qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu konsepsiyası tam şəkildə davam etdirilə bilməsə də, nəzəri baxımdan bu model, xüsusilə, Şərq ölkələri üçün nümunə sayıla biləcək sistemlərdən biri kimi qiymətləndirilir: "Bu gün Azərbaycanın müasir ordusu da xalq ordu konsepsiyasının üzərində qurulub. Xüsusi təyinatlı bölmələrin döyüş qabiliyyəti, mobil hərbi sistemlərin çevikliyi və texnologiyadan istifadəyə görə Azərbaycan Ordusu müasir hərbi göstəricilər baxımından ön sıralarda yer alan ordular sırasındadır".

Mənbə
oxu.az