Digər
Karapetyanın adamı həbs edildi
Güclü Ermənistan Partiyasından parlament seçkilərində namizəd olan Artur Abramyan həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən məlumat verilib.
Qeyd edək ki, İstintaq Komitəsi bu partiyadan olan altı namizədə qarşı seçici rüşvətxorluğu, eləcə də xüsusilə böyük miqyasda çirkli pulların yuyulmasında şübhəli bilinərək cinayət işi açmışdı.
Bildirilib ki, təqsirləndirilən şəxslərdən ikisi həbs edilib, dördü isə axtarışdadır.
Xatırladaq ki, Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyandır.
Mənbə
axar.az