Digər
Türkiyədə fabrikdə partlayış: ölü və yaralılar var
Türkiyənin Niğde vilayətinin Bor rayonunda yerləşən fişəng fabrikində partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb, bir neçə işçi isə yaralanıb. Ərazidə güclü yanğın başlayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Partlayışın hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.
Mənbə
axar.az