Cəmiyyət
43 gündür bağlanan magistral: Bakıya gedən sürücülər çətin vəziyyətdə - VİDEO
Bakı-Qazax magistral yolunda bir müddət əvvəl baş verən çökmənin nəticələri hələ də aradan qaldırılmayıb.
Hadisə yolun 55-ci kilometrində, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində qeydə alınıb. Məlumata görə, mayın 15-də magistralın üzərində yerləşən körpünün çökməsi nəticəsində bir yük avtomobilinə ciddi ziyan dəyib. Hadisədən 43 gündən artıq vaxt keçməsinə baxmayaraq, körpüdə təmir işləri hələ də yekunlaşdırılmayıb və yol istifadəyə verilməyib. Hazırda Bakı istiqamətində hərəkət edən sürücülər alternativ olaraq qəsəbədaxili yoldan istifadə etmək məcburiyyətində qalırlar. Bu isə xüsusilə həftəsonları rayonlardan paytaxta qayıdan vətəndaşlar üçün ciddi çətinlik yaradır.

Mənbə
oxu.az
Oxşar Xəbərlər