Cəmiyyət
İsmayıllıda 23 yaşlı kişi su kanalında batdı
18:11
İsmayıllıda bədbəxt hadisə baş verib.
Axar.az xəbər verir ki, rayonun Qubaxəlilli kəndində 23 yaşlı Rəvan Məhərrəmov su kanalında batıb.
Hadisə yerinə İsmayıllı rayon hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Hazlrda onun axtarışları davam etdirilir.
***
Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində batan 23 yaşlı gəncin meyiti tapılıb.
Onun meyiti batdığı ərazidən Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin köməyi ilə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Mənbə
axar.az