Cəmiyyət
Cəbhənin obyektivdə qalan izləri: "Dağıdılmış evinin qarşısında oturan insanı heç vaxt unutmadım" - VİDEO
26 İyun - Silahlı Qüvvələr Günü Azərbaycan Ordusunun keçdiyi şərəfli yolu, qəhrəmanlıq salnaməsini və Vətən uğrunda xidmət göstərən hərbçilərin fədakarlığını bir daha xatırlatmaq üçün əlamətdar andır. Oxu.Az cəbhə bölgəsində çəkdiyi unudulmaz, qəhrəmanlıqları əks etdirən şəkillərlə tanınan fotomüxbir Vüqar İbadov ilə həmsöhbət olub. O, bu peşəyə gəldiyi yoldan, yaddaşında iz qoyan anlardan bəhs edib. Vüqar İbadov özünü hər zaman silahlı qüvvələrimizin bir parçası kimi hiss etdiyini söyləyib. Fotomüxbir bildirib ki, şəkil əgər özü danışmırsa, onu yaymağın mənası yoxdur. Ətraflı videomüsahibəni təqdim edirik:
Mənbə
oxu.az