Parisdə küçədə spirtli içki qəbulu qadağan edildi
Fransa hakimiyyəti güclü isti hava şəraiti ilə əlaqədar cümə günündən bazar gününədək Parisdə müəyyən saatlarda ictimai yerlərdə spirtli içki qəbulunu qadağan edib.
Axar.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.
Səlahiyyətli qurumlar bildirirlər ki, qadağa restoran və barlara şamil edilməyəcək. Eyni zamanda, həmin müddətdə spirtli içkilərin satışına da saat məhdudiyyəti tətbiq olunacaq.
Qərarın məqsədi rekord istilər fonunda alkoqol qəbulundan qaynaqlana biləcək sağlamlıq problemlərinin qarşısını almaqdır. Bildirilir ki, xəstəxanalar artıq imkanlarının son həddində fəaliyyət göstərir.
Paris Yanğınsöndürmə Xidmətinə daxil olan çağırışların sayı da kəskin artıb. Cümə axşamı bu göstərici 2500-ü ötüb.
Cümə axşamı ölkənin cənub-qərbində yerləşən Pissos şəhərində havanın temperaturu 42,6 dərəcə təşkil edib. Paris və Bordo da daxil olmaqla bir sıra şəhərlərdə temperatur 40 dərəcəni keçib.