Cəmiyyət

Daha bir hava xəbərdarlığı: Kürdə su artacaq, sel olacaq...

26 Jun 2026, 14:46 3 baxış
Daha bir hava xəbərdarlığı: Kürdə su artacaq, sel olacaq...

Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşamdan 28-i səhərədək gözlənilən yağış leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq. Gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var.


Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, iyunun 28-də havanın nisbətən sərin keçəcəyi gözlənilir.


Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.


Çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi, eyni zamanda bəzi həssas ərazilərdə subasma halları ehtimal olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər