İqtisadiyyat

Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır - FOTO

25 Jun 2026, 15:24 9 baxış
Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır - FOTO
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrin sığortalanmasına dair məlumat bazasının yaradılması istiqamətində işlərə başlanılıb". Oxu.Az xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin sədri Ahmet Yaşar Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF 2026) jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr üzrə sığorta xidmətlərindən geniş istifadə olunur. Lakin bu sahə ilə bağlı dəqiq statistik məlumat bazası hələ formalaşdırılmayıb: "Hazırda əlimdə bu məsələyə dair konkret rəqəmlər yoxdur. Lakin burada fəaliyyət göstərən iri tikinti şirkətlərinin nümayəndələri ilə görüşlərimiz olub. Qarabağda Türkiyənin çoxsaylı tikinti şirkətləri müxtəlif layihələr həyata keçirirlər. Bu layihələrin sığortalanması əsasən Azərbaycanda həyata keçirilsə də, Türkiyə sığorta şirkətləri də prosesə dəstək verirlər". A.Yaşar qeyd edib ki, həyata keçirilən layihələrin risk həcmi və tələb olunan sığorta tutumu nə Azərbaycanın, nə də Türkiyənin sığorta bazarlarının imkanları hesabına tam qarşılanır. Bu səbəbdən beynəlxalq təkrarsığorta bazarlarının imkanlarından da istifadə olunur. Türkiyə Sığorta Birliyinin sədri əlavə edib ki, Türk Dünyası Sığorta Birliyi çərçivəsində hesabatlılıq sisteminin qurulması və vahid məlumat bazasının formalaşdırılması mühüm əhəmiyyət daşıyır: "Bunun üçün müvafiq məlumatların toplanması istiqamətində işlərə başlamışıq".
Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır - FOTO Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər