Cəmiyyət

Naxçıvanda sel fəsadlar törətdi: "Ev-eşik suyun içindədir" - VİDEO

25 Jun 2026, 12:18 3 baxış
Naxçıvanda sel fəsadlar törətdi: "Ev-eşik suyun içindədir" - VİDEO
İyunun 24-də Naxçıvanda yağan intensiv yağışlardan sonra Şahbuz rayonunun bir sıra dağ çaylarından sel keçib. Bu səbəbdən rayonun Badamlı kəndi və Badamlı qəsəbəsi ərazisində ciddi fəsadlar yaranıb, bəzi yollar dağılıb, yaşayış evlərinə və təsərrüfatlara ziyan dəyib. Təbii fəlakətin yaratdığı fəsadlardan danışan sakinlərdən biri bildirib: "Təsərrüfatlarımıza xeyli zərər dəyib. Mal-qaranı sudan güclə çıxara bildim. Ev-eşik təmiz suyun içindədir".
Mənbə oxu.az

Oxşar Xəbərlər