İqtisadiyyat

Azərbaycanda bankların aktivləri 59 milyard manatı ötüb

25 Jun 2026, 12:30 7 baxış
Azərbaycanda bankların aktivləri 59 milyard manatı ötüb
Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 59 milyard 183.7 milyon manata çatıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bank sektorunun cəmi öhdəlikləri 51 milyard 612.2 milyon manat, balans kapitalı isə 7 milyard 571.5 milyon manat təşkil edib. Bildirilib ki, may ayı ərzində bankların cəmi aktivləri 3.2 faiz, cəmi öhdəlikləri isə 3.9 faiz artıb. Eyni dövrdə bank sektorunun balans kapitalı 1.2 faiz azalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər