İqtisadiyyat

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

25 Jun 2026, 10:04 7 baxış
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə: - seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın verilməsi - 50 manat; - seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın dublikatının verilməsi - 10 manat; - toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsi (bir sənəd) - 25 manat.
Mənbə oxu.az

Oxşar Xəbərlər