Cəmiyyət

Dənizdə batan dörd dostdan sonuncusunun da MEYİTİ TAPILDI

25 Jun 2026, 09:40 2 baxış
Dənizdə batan dörd dostdan sonuncusunun da MEYİTİ TAPILDI
İyunun 22-də Xəzər rayonu Mərdəkan çimərliyində batan 4 gəncdən sonuncusunun da meyiti tapılaraq sudan çıxarılıb. Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun nəşi Buzovna qəsəbəsinin dəniz sahilində aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisə günü 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun, 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülovun və qardaşı 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun meyiti suda tapılıb çıxarılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər