İqtisadiyyat

Balıqçı gəmiləri və ov alətləri dövlət sistemində qeydiyyata alınacaq

25 Jun 2026, 10:00 10 baxış
Balıqçı gəmiləri və ov alətləri dövlət sistemində qeydiyyata alınacaq
Balıq ovu ilə məşğul olmaq üçün istifadə edilən balıqçı gəmiləri və balıq ovu alətləri barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Balıqçılıq haqqında" Qanun layihəsində əksini tapıb. Balıqçı gəmilərində normativ hüquqi aktlarla müəyyən edilmiş texniki nəzarət vasitələrini (gəmilərin avtomatik identifikasiya sistemi, gəmilərin peyk əsaslı izləmə sistemi, naviqasiya və digər texniki vasitələri) quraşdırmaq və işlək vəziyyətdə saxlamaq sənəddə qeyd olunan müddəalardandır.
Mənbə oxu.az

Oxşar Xəbərlər