Cəmiyyət

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

24 Jun 2026, 21:12 4 baxış
İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI
I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 abituriyent göstərib: - Burlaxatun Bəhruz qızı Məcidli (Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey); - Leyla Samir qızı Hüseynli (Bakı şəhəri, Nizami rayonu, 238 saylı məktəb); - Əli Eldar oğlu Mehdiyev (Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey); - İsrafil Ramil oğlu Qənbərov (Tovuz rayonu, S.Kazımov adına Qovlar şəhər orta məktəbi); - Nargilə İlkin qızı Zeynalova (Bakı şəhəri, Yasamal rayonu, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey). IV ixtisas qrupu üzrə 400 ballıq maksimum nəticəyə 2 abituriyent nail olub: - Aysu Rauf qızı Əliyeva (Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya); - Ayan Xəqani qızı Hümbətova (Bakı şəhəri, Nizami rayonu, 220 saylı məktəb-lisey). Qeyd edək ki, Burlaxatun Bəhruz qızı Məcidli hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər