İqtisadiyyat

Federal Ehtiyat Sistemi: Dollar son 13 ayın ən yüksək həddinə çatıb

24 Jun 2026, 14:20 3 baxış
Federal Ehtiyat Sistemi: Dollar son 13 ayın ən yüksək həddinə çatıb
İyunun 24-ü çərşənbə günü ABŞ dollarının dəyər qazanması davam edib və o, aparıcı valyutalar səbətinə qarşı son 13 ayın yeni maksimum səviyyəsinə yüksəlib. Oxu.Az xəbər verir ki, bu məlumatı "Reuters" agentliyi yayıb. Məlumata görə, bu cür artım dinamikası həm də investorların Federal Ehtiyat Sistemi (FRS) tərəfindən faiz dərəcələrinin artırılacağına hazırlaşması ilə əlaqələndirilir. Eyni zamanda, yarımkeçirici və texnologiya sektorlarındakı səhmlərin kütləvi şəkildə satılması qoruyucu aktivlər qismində dollar və istiqrazlara olan tələbatı gücləndirib. Yekunda, avro və yen daxil olmaqla bir sıra valyutalara qarşı məzənnəni müəyyən edən dollar indeksi 101,51 həddinə kimi bahalaşıb. Bu, 2025-ci ilin mayından bu yana qeydə alınan ən yüksək səviyyədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər