İqtisadiyyat
MİQ-lə bağlı YENİLİK tətbiq olunacaq
Müəllimlərin İşə Qəbul (MİQ) sistemi üzrə ödəniş modulu qurulacaq. Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedur tamamlanıb. Plana əsasən, müəllimlərin işə qəbulu, yerdəyişməsi, qarşılıqlı yerdəyişməsi, sertifikatlaşdırılması, direktorların işə qəbulu və imtahan sistemlərinə texniki dəstək, operatorluq və sistemlərin modernləşdirilməsi nəzərdə tutulur. Həmçinin sertifikatlaşdırma sistemlərinin funksional imkanlarının genişləndirilməsi və optimallaşdırılması, müsabiqə zamanı vakansiya sisteminə texniki dəstək və operatorluq xidməti və s. xidmətlər göstəriləcək. Layihənin ümumi dəyəri 513 min 827 manatdır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər