Cəmiyyət
Güneyli milli fəal vəfat etdi
Şərqi Azərbaycan əyalətinin Əhər şəhərindən olan milli fəal Saleh Molla Abbasi iyunun 23-də dünyasını dəyişib.
Axar.az xəbər verir ki, bu haqda onun ailəsi məlumat yayıb.
52 yaşlı fəalın ürək tutması səbəbindən vəfat etdiyi bildirilib.
Saleh Molla Abbasi azərbaycanlıların milli hüquqlarının təmin olunması uğrunda göstərdiyi fəaliyyətlərlə tanınıb.
Hərəkətləri ölkə qanunları çərçivəsində olmasına baxmayaraq, Abbasi dinc fəaliyyətləri səbəbindən bir neçə dəfə həbs edilib, təzyiq və məhdudiyyətlərlə üzləşib.
1974-cü ildə Əhərdə anadan olan və Təbriz Universitetini kənd təsərrüfatı ixtisası üzrə bitirən Molla Abbasinin 3 övladı var.
Mənbə
axar.az