İqtisadiyyat

Azərbaycanda sığorta aktivləri iki milyard manatı keçib

24 Jun 2026, 11:23 1 baxış
Azərbaycanda sığorta aktivləri iki milyard manatı keçib
Azərbaycanın sığorta sektorunun məcmu kapitalı requlyativ kapital tələbini iki dəfə üstələyib. Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda deyib. Onun sözlərinə görə, son iki ildə sığorta haqları 23% artaraq 1.5 milyard manata, sığorta ödənişləri isə 57% artaraq 0.9 milyard manata çatıb. "Sektorun aktivləri 18% artaraq 2.1 milyard manata çatıb. Sektorun kapital mövqeyi əhəmiyyətli dərəcədə güclənib, məcmu kapitalın həcmi requlyativ kapital tələbini iki dəfə üstələyib", - deyə o bildirib. Ə.Məmmədyarov əlavə edib ki, hazırda AMB tərəfindən növbəti strateji dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlanır.
Mənbə oxu.az

Oxşar Xəbərlər