Cəmiyyət
Bakıda 330 kiloqramlıq şəxsin xəstəxanaya yerləşdirilməsi üçün xüsusi əməliyyat keçirildi - VİDEO
Xəstəliyi səbəbindən son 10 ildə evdən çıxmayıb, bu müddət ərzində səhhəti getdikcə ağırlaşıb. Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakıda 330 kiloqram çəkisi olan və uzun illər evdən çıxa bilməyən 57 yaşlı Söhrab Seifzadənin xəstəxanaya yerləşdirilməsi üçün xüsusi əməliyyat keçirilib. İllərdir evindən çölə çıxmayan Söhrab Seifzadənin ayaqlarının hər birinin təxminən 50 kiloqram çəkisi var.
Söhrab Seifzadə vaxtilə tikintidə rəngsaz işləyib. O, 47 yaşında olarkən Türkiyədə limfa vəzilərindən əməliyyat olunub. Əməliyyatdan sonra isə səhhətində problemlər yaranmağa başlayıb. Son 10 il ərzində ona həyat yoldaşı qulluq edib. Cütlüyün övladı yoxdur. Həyat yoldaşı bildirib ki, Söhrab onun üçün övlad əvəzidir. O, gənc yaşlarında ailəsinin etirazına baxmayaraq, Söhrab Seifzadə ilə evləndiyini deyib. Müalicə həkim Zakir Quliyevin nəzarəti altında aparılır. O bildirib ki, yaxın zamanda xəstənin ayaqlarında müsbətə doğru dəyişikliklərin olacağı gözlənilir: Həkim bildirib ki, ayaqlarında şişkinlik olan şəxslər bu vəziyyətin öz-özünə keçəcəyini düşünərək laqeyd yanaşmasınlar. O, belə hallarda mütləq mütəxəssisə müraciət etməyin vacib olduğunu vurğulayıb.

Mənbə
oxu.az