Cəmiyyət
Məleykə Abbaszadə: "Doktoranturaya namizəd bizim imtahanı verməyə də bilər" - VİDEO
"Biz nəyi yoxlayırıq? İnformatika üzrə istifadəçi səviyyəsində bilikləri, xarici dil biliklərini və məntiqi təfəkkürü. Siz yaxşı bilirsiniz ki, müasir dünyada elmi fəaliyyətlə məşğul olmaq üçün iki əsas alət var - xarici dil və IT texnologiyaları. Bu iki alətlə işləməyi bacaran insanlar elmi fəaliyyətdə daha uğurlu ola bilirlər. Əgər kimsə deyirsə ki, mənim elmə marağım var, amma IT texnologiyalarını öyrənmək və xarici dil bilmək istəmirəm, bu, ciddi yanaşma sayıla bilməz". Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Trend" Beynəlxalq İnformasiya Agentliyi və Baku TV kanalına birgə müsahibəsində bildirib.
"Üçüncü mərhələdə isə namizədin məntiqi təfəkkürü yoxlanılır. Bu da elmi araşdırmalar aparmaq istəyən şəxs üçün olduqca vacib xüsusiyyətdir. Magistraturaya qəbul imtahanlarında, bildiyiniz kimi, ən azı iki cəhd imkanı yaradılır. Namizədlər imtahanda iştirak edib hansısa çətinliklərinin olduğunu görə, həmin istiqamətdə işləyə və yenidən cəhd göstərə bilərlər. Doktoranturaya gəlincə, biz yalnız xarici dil imtahanını keçiririk. Qalan imtahanların bizə heç bir aidiyyəti yoxdur. Xarici dil də elmi fəaliyyətlə məşğul olmaq istəyən şəxs üçün bir alətdir və o, bu alətlə işləməyi bacarmalıdır. Elmi araşdırmalarla məşğul olmaq və doktoranturaya qəbul olunmaq istəyən şəxs xarici dili bilməlidir. Biz burada B2 səviyyəsində bilik tələb edirik və bu, kifayət qədər sadə bir imtahandır. Hətta namizəd bizim imtahanı verməyə də bilər, istənilən beynəlxalq xarici dil imtahanını verib sertifikatını təqdim edə bilər. Üstəlik, həmin beynəlxalq imtahanların əksəriyyəti bizim imtahandan daha çətindir. Biz burada heç bir əlavə maneə yaratmırıq. Amma başqa bir məsələ də var. Bu sahəyə gələnlərin hamısı doğrudanmı yalnız elmlə məşğul olmaq istəyən şəxslərdir?! Yoxsa magistratura və ya doktoranturaya qəbul olunmaqla bir neçə il hərbi xidməti təxirə salmaq istəyənlər də var?! Cəmiyyətimizdə belə hallar varmı?! Bilmirəm, bəlkə də yoxdur", - deyə o qeyd edib.

Mənbə
oxu.az