Cəmiyyət
DİM sədri: "Abituriyentlərin biliyi və bacarığı düzgün qiymətləndiriləcək" - VİDEO
"Abituriyentlərin biliyi və bacarığı düzgün qiymətləndiriləcək". Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Trend" Beynəlxalq İnformasiya Agentliyi və Baku TV kanalına birgə müsahibəsində bildirib.
M.Abbaszadə bildirib ki, imtahan prosesində hər bir şəxsin biliyi və bacarığı obyektiv şəkildə qiymətləndiriləcək: "Abituriyentlər bilsinlər ki, imtahan nəticələrinə əsasən, öz bilik və bacarıqlarına uyğun olan yerə qəbul olunacaqlar. Onlara tövsiyəm odur ki, başqa yollar axtarmasınlar, sadəcə imtahanlara hazırlaşsınlar və bu prosesə səbirlə yanaşsınlar". DİM sədri imtahanöncəsi psixoloji mühitin vacibliyinə də toxunub: "İmtahanda iştirak edən şəxslərdə stres deyil, sakit bir əhvali-ruhiyyə yaratmaq lazımdır. Yalnız bu halda abituriyent öz bilik səviyyəsini tam şəkildə nümayiş etdirə bilər".

Mənbə
oxu.az