Cəmiyyət
"Hər an uçub başımıza düşə bilər" - Paytaxtda yaşayış binası qəzalı vəziyyətdədir - VİDEO
Paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsi, 15 ünvanında yerləşən bina illərdir qəzalı vəziyyətdədir. Baku TV-nin qaynar xəttinə müraciət edən bina sakinlərinin sözlərinə görə, tikili uçma təhlükəsi ilə üz-üzədir.
Dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyən sakinlər problemin hələ də həllini tapmadığını qeyd edirlər. "Yaşadığımız bina göz qabağındadır. Qəzalı vəziyyətdədir, hər an uçub başımıza düşə bilər. Müraciət edəndə deyirlər düzələcək, amma baxan yoxdur", - deyə sakinlərdən biri bildirib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər