Cəmiyyət

Yeni Günəşlidəki parkda nə baş verir? - VİDEO

23 Jun 2026, 17:44 2 baxış
Yeni Günəşlidəki parkda nə baş verir? - VİDEO
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən "Ana-bala" parkında aparılan işlər narazılığa səbəb olub. Baku TV-nin məlumatına görə, uzun illərdir hasarlanmış ərazidə park salınacağı bildirilsə də, sakinlər burada çoxmərtəbəli binanın tikildiyini iddia edirlər. Vətəndaşların sözlərinə görə, ərazidə aparılan işlər gündəlik həyatlarına ciddi təsir göstərir. "Yalandan şəkil vurublar ki, park olacaq. Bütün sakinlər bezib, elə bil evin içində iş görürlər", - deyə sakinlərdən biri bildirib. Suraxanı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, həmin ərazidə təmir-bərpa işləri aparılır və park yaxın vaxtlarda sakinlərin istifadəsinə veriləcək: "Bina tikintisi üçün nəzərdə tutulan hissə xüsusi mülkiyyətdə olan ərazidir və burada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq icazəsi əsasında çoxmərtəbəli yaşayış binasının tikintisinə hazırlıq işləri görülür. Bu ərazinin parka heç bir aidiyyəti yoxdur".
Mənbə oxu.az

Oxşar Xəbərlər