Cəmiyyət

İmişlidə ticarət obyektindəki yanğın söndürüldü

23 Jun 2026, 13:55 2 baxış
İmişlidə ticarət obyektindəki yanğın söndürüldü

13:08


İmişlidə ticarət obyektində yanğın baş verib.


Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə İmişli şəhərində vətəndaşlara məxsus ticarət obyektlərinin sırasında qeydə alınıb.


Bir obyektdə başlayan alov digər bir neçə obyektə keçib.


Yanğının söndürülməsinə FHN-nin qüvvələri cəlb olunub.


***


İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən ticarət obyektində baş vermiş yanğın söndürülüb.


Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.


Bildirilib ki, yanğın Xidmətin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər