Digər

Litva Nazirlər Kabineti istefaya getdi

23 Jun 2026, 12:17 1 baxış
Litva Nazirlər Kabineti istefaya getdi

Baş nazir İnqa Ruqinenenin rəhbərlik etdiyi Litva Nazirlər Kabineti istefa verib.


Axar.az xəbər verir ki, bu barədə LRT məlumat yayıb.


Məlumata görə, qərar kabinet iclasında yekdilliklə qəbul edilib.


"Bütün çətinliklərə baxmayaraq, fəxr edəcəyimiz çox şey var - dövlətin və xalqının rifahı üçün çox şeylərə nail olduq. Bu gün istefa qərarı veririk", - baş nazir bildirib.


Bildirilib ki, baş nazir və bütün hökumət hakim koalisiyadakı dəyişikliklər səbəbindən istefa verməyə məcbur oldular.


Litva Sosial Demokrat Partiyası iyunun əvvəlində "Neman üzərində şəfəq" partiyası ilə əməkdaşlığı dayandırmaq qərarına gəldikdən və onu populist siyasətdə ittiham etdikdən sonra koalisiyanın yenidən təşkili məsələsi ortaya çıxdı. Yeni koalisiya tərəfdaşı Litva Naminə Demokratlar Partiyası olub. Bu dəyişikliklərin bir hissəsi olaraq, hökuməti yenidən qurmaq qərarı verilib.

Mənbə axar.az

Oxşar Xəbərlər