Cəmiyyət
Ağcabədidə 16 yaşlı iki əmioğlu itkin düşdü
Ağcabədi rayonunda iki yeniyetmə itkin düşüb.
Axar.az APA-ya istinadla xəbər verir ki, rayonun Hüsülü kənd sakinləri, Anar Məmmədov və əmisi oğlu Kamal Məhərrəmli iyunun 22-də evdən çıxaraq naməlum istiqamətdə gediblər və geri qayıtmayıblar.
Hər iki yeniyetmənin 16 yaşı olduğu qeyd olunur.
Ailələri onların itkin düşməsi barədə aidiyyəti üzrə müraciət edib.
Yeniyetmələrin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Mənbə
axar.az