İqtisadiyyat

Kraudfandinq platformaları üçün yeni dövlət rüsumu müəyyənləşir

23 Jun 2026, 11:52 3 baxış
Kraudfandinq platformaları üçün yeni dövlət rüsumu müəyyənləşir
Hüquqi şəxslərin kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Mərkəzi Bankın reyestrinə daxil edilməsi üçün rüsum müəyyənləşir. Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, reyestrə daxil edilmə üçün 2750 manat məbləğində dövlət rüsumu müəyyən olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər