Digər
Erməni hərbçisi təlim zamanı ayağını itirdi
Ermənistan ordusunun hərbçisi Lori bölgəsindəki “Pambak” Dağ Təlim Mərkəzində təlim zamanı yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hərbçi əməliyyat olunub və həkim nəzarəti altındadır, həyatı üçün təhlükə yoxdur.
“Müvafiq qanunlar (şəxsi məlumatların qorunması və tibbi məxfilik haqqında) buna icazə vermədiyi üçün hərbi qulluqçunun sağlamlıq vəziyyəti və digər şəxsi məlumatları barədə məlumatları açıqlaya bilmərik”, - nazirlikdən bildirilib.
Ermənistanın “Armlur” nəşri isə yazır ki, hərbçi ayağını itirib.
Mənbə
axar.az