Digər
Gürcüstanda zəlzələ baş verdi
Gürcüstanda 4,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar ölkənin qərbində yerləşən Ambrolauri şəhərindən 7 km aralıda, Honçiori kəndi ərazisində yerli vaxtla saat 08:07-də qeydə alınıb.
Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya xəsarət alanlarla bağlı məlumat verilməyib.
Mənbə
axar.az