Digər
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Şimal sərhədi boyunca Rusiya qüvvələrinin aktivliyinə baxmayaraq, Kreml Belarus ərazisindən genişmiqyaslı hücum üçün daha çox resurs cəlb etməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Milli Qvardiyasının komandanı, briqada generalı Aleksandr Pivnenko deyib.
Onun sözlərinə görə, Rusiyanın şimaldan istənilən potensial fəaliyyətinin əsas məqsədi Ukrayna qüvvələrini ayırmaq və ölkənin dərinliklərinə doğru irəliləmək üçün şərait yaratmaq cəhdi ola bilər.
Pivnenko bildirib ki, Rusiyanın Belarusdan hücum etməsi üçün ona ən azı 70 minlik canlı qüvvə gərəkdir.
Mənbə
axar.az