Cəmiyyət
Xroniki alkoqol xəstələri valideynlik hüququndan məhrum edilirlər - Qanun nə deyir? - VİDEO
Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin bəzi hallarda valideynlər bu hüquqlardan məhrum ola bilərlər. Oxu.Az-ın "Qanun nə deyir? adlı rubrikasının bugünkü mövzusu valideynin bu hüquqdan məhrum edilməsi ilə bağlıdır. Hansı hallarda valideyn bu hüquqdan məhrum edilir?
Ailə Məcəlləsində sözügedən hallar aydın təsbit olunub: - öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; - alimenti qəsdən ödəmədikdə; - heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə; - valideynlik hüquqlarından sui-istifadə etdikdə; - uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; - xroniki alkoqol və narkomaniya xəstəsidirsə; - uşaqların sağlamlığına və ya həyatına qarşı qəsdən cinayət törətdikdə; - uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə.

Mənbə
oxu.az