Digər
Tramp elan etdi: Hörmüz boğazı tam açıqdır!
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının gəmiçilik üçün tam açıq olduğunu elan edib.
Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Hörmüz boğazındakı vəziyyət bizim üçün çox yaxşı inkişaf edir. Boğaz tam açıqdır", - deyə Amerika lideri bildirib.
ABŞ lideri həmçinin bildirib ki, ötən gün boğazdan əvvəlkindən daha çox neft tankeri keçib.
Mənbə
axar.az