Cəmiyyət

Cəlilabadın bir sıra kəndlərində elektrik enerjisi kəsiləcək

23 Jun 2026, 00:12 2 baxış
Cəlilabadın bir sıra kəndlərində elektrik enerjisi kəsiləcək
Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə Oxu.Az-a "Azərişıq" ASC-dən məlumat verilib. "Cəlilabad Elektrik Şəbəkəsi (EŞ) ərazisində 35/10 kV-luq "Cəlayir" yarımstansiyasından qidalanan 35 kV-luq "Ləkin" hava xəttində təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 10:00-dan 13:00-dək Edişə, Ləkin, Şatırlı, Badamağac, Buravar, Kövüzbulaq, Zəhmətabad, Əsədli kəndlərinin bəzi əraziləri gərginliksiz qalacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.
Cəlilabadın bir sıra kəndlərində elektrik enerjisi kəsiləcək
Mənbə oxu.az

Oxşar Xəbərlər