Digər

İranın sosial şəbəkələrinə inanmayın - Vens

23 Jun 2026, 00:34 3 baxış
İranın sosial şəbəkələrinə inanmayın - Vens

ABŞ vitse-prezidenti Ceyms Di Vens medianı İran sosial şəbəkələrinə inanmamağa çağırıb.


Axar.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.


"Mənə qəribə gələn o oldu ki, bu ilk görüşdən sonra sosial şəbəkələrdə əsl tufan qopdu. Hamı iranlıların danışıqlardan çəkiləcəyini deyirdi, lakin biz növbəti 9 saat ərzində onlarla müzakirəyə davam etdik.


Ona görə də, mediaya İran sosial şəbəkələrində gördüklərinə bir az şübhə ilə yanaşmağı tövsiyə edərdim.


Onlar danışıqlar aparan tərəfləri çaşdıra bilərlər, ancaq biz irəliləyiş əldə etdiyimizi hiss edirik", - deyə Vens bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər