Digər
İran rəsmiləri indi də danışıqlar üçün Maskata getdi
İranın nümayəndə heyəti Omanın paytaxtı Maskata səfər edib.
Axar.az xəbər verir ki, bu barədə xarici işlər naziri Abbas Arakçı X hesabında paylaşım edib.
Qeyd olunub ki, nümayəndə heyətinə parlament sədri Məhəmməd Bağır Qalibaf, XİN rəhbəri Abbas Arakçı və digər rəsmi şəxslər daxildir.
Məlumata görə, rəsmilər İsveçrədən Tehrana qayıtdıqdan bir neçə saat sonra Maskata yola düşüblər. Onların səfəri çərçivəsində Sultan Heysəm bin Tariqlə görüşəcəyi və Hörmüz boğazının idarə olunması ilə bağlı İranın müəyyən etdiyi mexanizmləri müzakirə edəcəkləri bildirilib.
Mənbə
axar.az