Cəmiyyət
Berdiməhəmmədov İlham Əliyevə təşəkkür etdi
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov "Dostlug" neftdaşıyan tankerinin hədiyyə olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Axar.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatla çıxış edərkən bildirib.
"Dostlug" neft tankerinin hədiyyə olunmasına görə də təşəkkür edən Sərdar Berdiməhəmmədov bunu ölkələr arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğuladı, bu tankerin ölkələrin tərəqqisinə töhfə verəcəyinə və uğurlu əməkdaşlığın daha bir təzahürü olacağına əminliyini ifadə etdi.
Mənbə
axar.az