Cəmiyyət

Bakıda bir qəpiyə keyfiyyətsiz yumurtalar satılıb? - VİDEO

22 Jun 2026, 15:30 3 baxış
Bakıda bir qəpiyə keyfiyyətsiz yumurtalar satılıb? - VİDEO
Bakıda son günlər satışa çıxan 1 qəpiklik yumurtaların keyfiyyətsiz olduğu iddia edilib. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyi yayılan məlumatları təkzib edib. "Agentlik tərəfindən ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparılır. Yoxlamalar zamanı uyğunsuzluq aşkarlanmayıb. Məhsullar baytarlıq arayışı və ekspertiza aktları ilə təmin olunub. Vətəndaşlar qida sahəsində qarşılaşdıqları uyğunsuzluqlarla bağlı konkret faktlarla "1003" çağrı mərkəzinə müraciət edə bilərlər", - deyə məlumatda bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər